Əsas məzmuna keç

Əsir götürülən hərbçinin anası danışdı - VİDEO

Əsir götürülən hərbçinin anası danışdı - VİDEO

bu barədə Ermənistanda əsir götürülən əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib. O, oğlunun itkin düşməsi barədə ilk məlumatın Mehdiabad...

“ 13 ayın əsgəridir. Sonuncu dəfə aprelin 4-ü danışmışam Hüseynlə. Oğlumun itkin düşməsini ayın 7-si eşitdim. Digər ailəyə bizdən bir gün qabaq xəbər ediblər. Demək, mənə iki gündən sonra xəbər veriblər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanda əsir Hüseyn Axundovun Şəlalə Axundova bildirib.

O, oğlunun itkin düşməsi barədə ilk məlumatın Mehdiabad Rayon Polis Şöbəsindən verildiyini qeyd edib.

“Oğlumun əsir götürülməsini bu gün internetdə kanallarından öyrənmişəm. Balama işgəncə verməsinlər. Yeddi gündür onları izləyirəm, oğlumun hər addımını axtarıram. Bütün aidiyyəti qurumlara məlumat vermişəm. İndi də Baş Prokurorluğa gedirəm. Orada məni gözləyirlər” - deyə, Ş. Axundova fikrini yekunlaşdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…