Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Ukraynaya 90 milyard avroluq kredit ayrılmasını təsdiqlədi

2 dəq
Paylaş:
Aİ Ukraynaya 90 milyard avroluq kredit ayrılmasını təsdiqlədi

Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard dəyərində kreditin verilməsi ilə bağlı yekun qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə Avropa Şurasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Avropalı rəsmi bildirib ki, Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nail olmaq strategiyası iki əsas istiqamətə əsaslanır: Ukraynanın gücləndirilməsi və Rusiyaya qarşı təzyiqlərin artırılması.

  • Ayrılan 90 milyard Kiyev üçün 2026-2027-ci illərdə maliyyə və dəstəyi təmin edəcək.
  • Fransanın Xarici İşlər Naziri Jan-Noel Barronun sözlərinə görə, Aİ kreditin ilk tranşlarını may ayının ortalarından etibarən ödəməyə hazırdır.

Bununla yanaşı, Almaniya Bundestaqının deputatı Sara Vaqenkneхt ukraynalı milyarder Rinat Əhmədovun Monakoda bahalı mənzil alması xəbərinə münasibət bildirib.

O, Kiyevin nə üçün ukraynalı oliqarxlar tərəfindən deyil, məhz alman vergi ödəyicilərinin hesabına maliyyələşdirildiyini sual edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax