Operativ Məlumat Mərkəzi

Aİ İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

1 dəq
Paylaş:
Aİ İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” iki avropalı diplomata istinadən məlumat yayıb.

Məlumata görə, təklif olunan paketə insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir.

Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı daha 10 maddənin sanksiya siyahısına salınmasını təklif edir.

“Politico” yazır ki, Almaniya, Fransa və Hollandiya Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsinin əsas tərəfdarlarıdır.

Bununla belə, “Euractiv” nəşrinin məlumatına görə, Roma, Paris və Madridin mövqeyinə görə Aİ İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağı hazırda gündəmə gətirmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər