Əsas məzmuna keç

Aİ İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

Aİ İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcək
ru

Avropa İttifaqının nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni paketini nəzərdən keçirəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” iki avropalı diplomata istinadən məlumat yayıb.

Məlumata görə, təklif olunan paketə insan haqlarının pozulmasına görə Aİ sanksiyaları çərçivəsində 21 maddə daxildir.

Bundan əlavə, Avropa Xarici Fəaliyyət dron istehsalı ilə bağlı daha 10 maddənin sanksiya siyahısına salınmasını təklif edir.

“Politico” yazır ki, Almaniya, Fransa və Hollandiya Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsinin əsas tərəfdarlarıdır.

Bununla belə, “Euractiv” nəşrinin məlumatına görə, Roma, Paris və Madridin mövqeyinə görə Aİ İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağı hazırda gündəmə gətirmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…