Beynəlxalq investor, kosmos və nüvə texnologiyaları üzrə tədqiqatçı, sahibkar və İlon Maskın atası Errol Mask rusiyalı alimlərlə birgə tədqiqatların aparılması ilə bağlı təkliflərlə, həmçinin İran və Venesuela ətrafındakı böhranları müzakirə etmək üçün Rusiyaya gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, onun iki həftədən çox davam edəcək səfər proqramına Nijni Novqorod, Vladimir vilayəti, Kazan və Sergiyev Posaddakı Troitsa-Sergi Lavrasına səfərlər daxildir.
Errol Mask məsələ ilə bağlı özü də açıqlama verib. Qeyd edib ki, Moskvada olduğu iki gün ərzində artıq dörd böyük görüş keçirib
Həmçinin bildirilib ki, Mask aprelin 9-da Kazanda keçiriləcək Beynəlxalq Vençur Forumunda iştirak etməyi planlaşdırır. Aprelin 3-də isə investor MDB ölkələrinin Beynəlxalq İqtisadi Forumunda iştirak etməyi nəzərdə tutur.