Ermənistan və Xorvatiya İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində Strateji Dialoq Bəyannaməsi imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, sənəd Ermənistanın baş naziri Nikol Paşinyan və Xorvatiyanın baş naziri Andrey Plenkoviç arasında keçirilən görüşdən sonra imzalanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd edib ki, bu gün münasibətlərin statusu strateji dialoq səviyyəsinə yüksəldiləcək.
O, ikitərəfli münasibətlərin böyük potensialını qeyd edib və onların bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Andrey Plenkoviç isə öz növbəsində əminliyini bildirib ki, bugünkü görüş ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafına yeni təkan verəcək.