Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini, eləcə də yeni təyin olunmuş hərbi attaşe, polkovnik-leytenant Arnaud Elini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Fransanın İrəvandakı səfirliyində hərbi attaşenin yaradılmasının vacibliyini qeyd ediblər və bu, 2022-ci ilin sentyabrında müdafiə nazirləri Suren Papikyan və Sebastyan Likornu arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilib.
Müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının hazırkı kursu, inkişaf perspektivləri, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.