Operativ Məlumat Mərkəzi

Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb

1 dəq
Paylaş:
Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb
əməliyyatçılar əvvəllər prokurora məxsus olan, sonra isə vəsiyyətnaməyə uyğun olaraq qızına verilən mənzildən qızıl külçələri tapıblar. Həmin qızılların...

Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, əməliyyatçılar əvvəllər prokurora məxsus olan, sonra isə vəsiyyətnaməyə uyğun olaraq qızına verilən mənzildən qızıl külçələri tapıblar. Həmin qızılların artıq Ermənistan Mərkəzi Bankında olduğu bildirilir.

“Ev sahibəsi uzun müddət ölkədə yox idi və evi təmizləmək üçün mütəxəssislər işə götürüb. Məhz onlar qızılı aşkar ediblər. İndi istintaq prokurorun bu qədər qızılı haradan əldə etdiyini, həmin qızılın hansı hissəsinin ona məxsus olduğunu aydınlaşdırmağa çalışır”, - deyə qəzet yazır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər