Ermənistanda hakim “Mülki Müqavilə” partiyasında daxili xaos yaşanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Past” qəzeti parlamentdəki mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, partiya daxilində durum gərgindir.
Məlumata görə, baş nazir Nikol Paşinyanın partiyasının deputatları ciddi çıxışlar etmir, nitqlərdən qaçırlar:
“Parlamentarilər siyasi mövzularda ümumiyyətlə danışmırlar. Deputatlar, həmçinin brifinqlərdə çıxışlarından da imtina edirlər”.