Operativ Məlumat Mərkəzi

Ermənistanın gerbi gəyişdirilə bilər

2 dəq
Paylaş:
Ermənistanın gerbi gəyişdirilə bilər
Paşinyan gerbin 1991-ci ildə qurulan Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmadığını qeyd edib. "Dövlətimizin rəmzləri də bugünkü dövlətimizi əks...

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı çıxışında dövlət rəmzləri ilə bağlı bir neçə səs-küylü açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Hraparak" qəzetinə istinadən xəbər verir ki, Paşinyan gerbin 1991-ci ildə qurulan Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmadığını qeyd edib.

"Dövlətimizin rəmzləri də bugünkü dövlətimizi əks etdirməlidir və Nikol Paşinyanın sözləri bununla bağlı idi. Mütəxəssislər düzgün həll yolu tapacaqlar. Hazırda heç bir formatda işçi qrupu yoxdur. Əlbəttə, məsələ formalaşıb və bu barədə düşünmək lazımdır, lakin daha konkret iş prosesi yoxdur”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, müxtəlif mütəxəssislər gerbin bəzi problemlərindən danışıblar.

"Sektoru koordinasiya edən nazir kimi ilk növbədə ekspertləri dinləməliyəm. Dövlət rəmzləri dövlətin simasıdır və istənilən dəyişikliyi çox yaxşı düşünmək, müzakirə etmək və anlamaq lazımdır”, - deyə o əlavə edib

Bu xəbəri paylaş

Oxşar xəbərlər