Əsas məzmuna keç

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbi saxlanılıb

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbi saxlanılıb

Gürcüstanda “Qırmızı ” sektorunun “Sadaxlı” mühafizə bölməsində xarici ölkə vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla 1992-ci il təvəllüdlü həmin şəxsin sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Ermənistandan Gürcüstana dövlət sərhədini qanunsuz daxil olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə əcnəbinin Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…