Əsas məzmuna keç

Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib

Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib

Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya iclasında mübahisə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-ləri məlumat yayıb.

Davanın səbəbi Sarkisyanın qanunsuz meşə qırımları ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti gərginləşdirməkdə ittiham edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman baş nazir iclası tərk edib.

Səhiyyə naziri Anahit Avanesyan davaya müdaxilə edərək iştirakçıları sakitləşdirməyə çalışıb, lakin KİV-lərin yazdığına görə, gərginlik artmaqda davam edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…