Əsas məzmuna keç

Ermənistana göndərilən yanacaq Bakıdan yola düşdü

Ermənistana göndərilən yanacaq Bakıdan yola düşdü

ADY-nin qatarı ilə 1746 ton Aİ-95 markalı benzin Gürcüstan üzərindən tranzit olunur. Prezident İlham Əliyevin qərarından sonra bərpa edilən daşımanın təfərrüatı.

en ru

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Report-a istinadən xəbər verir ki, 25 vaqona yüklənmiş ümumilikdə 1746 ton Aİ 95 markalı benzin “ Dəmir Yolları” QSC-nin (ADY) yük ilə Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Qeyd edək ki, İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən etibarən qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…