Ermənistanın müdafiə naziri Suren Papikyan Fransadan Lüksemburqa yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Fransada səfərdə olan Papikyan bu ölkənin özüyeriyən "CAESAR" haubitsalarının tədarükü üçün müqavilə imzalayıb.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Parisdə aparılan danışıqlar zamanı nazirlərin hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmaların əldə edildiyini bildirmişdi.