Əsas məzmuna keç

Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

MN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı , Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutub.

Bundan başqa, sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…