Operativ Məlumat Mərkəzi

Ermənistan Bakıdakı dünya çempionatına gəlmək istəyir

1 dəq
Paylaş:
Ermənistan Bakıdakı dünya çempionatına gəlmək istəyir
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu...

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Ermənistan Güllə Atıcılığı Federasiyasının baş katibi Areq Saribekyan açıqlayıb.

O bildirib ki, yığma hər hansı maneə ilə üzləşməsə, yarışda iştirak edəcək. Ermənistanın mundialda iştirakı ilə bağlı yekun qərar yarış ərəfəsində veriləcək.

Öncədən Rusiyada təşkil olunması planlaşdırılan dünya çempionatı sonradan bu ölkədən alınaraq Bakıya verilib. Yarış avqustun 4-15-də paytaxtda keçiriləcək dünya kubokunun ardından baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər