Əsas məzmuna keç

Ermənistan Azərbaycanla sülh müqaviləsini 5 ilə imzalayacaq

Ermənistan Azərbaycanla sülh müqaviləsini 5 ilə imzalayacaq

İrəvan və Bakı arasında tarixi razılaşma yaxınlaşır: Nikol Paşinyan sülh müqaviləsinin imzalanması üçün yeni müddəti və strateji hədəfləri açıqladı.

en ru

hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub.

Xarici siyasət hissəsində qeyd olunub ki, Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası, eləcə də Azərbaycanla sülhün institusionallaşdırılması (yəni sülh müqaviləsinin və digər hüquqi aktların imzalanması), həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin aktivləşməsi üzrə işləri davam etdirəcək.

Hökumət həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı iki müasir nəzarət-buraxılış məntəqəsi ilə sərhədi açmaq (hələlik onlardan Ermənistan tərəfində biri – Armavir regionundakı Marqara nəzarət-buraxılış məntəqəsi hazırlanıb), eləcə də infrastrukturlarını yenidən işə salmaq niyyətindədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…