Erməni deputatlar Brüssel görüşündən narazıdır

Erməni deputatlar Brüssel görüşündən narazıdır
06.04.2024 11:53
Aa
dəq

Ermənistanın "Mülki Müqavilə" partiyasının deputatları Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün nəticələrindən məyus olduqlarını bildiriblər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın "Hrapark" nəşri parlamentdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüşün nəticələrinə görə dövlət milyardlarla dollara ümid bəsləyirdi, lakin Ermənistana yaxın dörd il üçün yalnız 270 milyon avro və 65 milyon dollar qrant vəd edildi.

Dövlət Dumasının deputatları hesab edirlər ki, Qərb onların fədakarlığını qiymətləndirməyib.

Paşinyanın silahdaşları bir-birlərinə təsəlli veriblər ki, bəlkə də baş nazir ictimaiyyətə açıqlanmayan kölgə müqavilələr bağlayıb, Qərbdən orduya yeni texnikalar cəlb edəcək.

İndi deputatlar Paşinyanın Brüsseldən qayıtmasını gözləyirlər ki, bəlkə baş nazir onlar məyusluqlarını aradan qaldırar. 

Həftənin ən çox oxunanları

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
DAVAMIN OXU davamın oxu

Blinken və Paşinyan delimitasiyanı müzakirə ediblər

Blinken və Paşinyan delimitasiyanı müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
DAVAMIN OXU davamın oxu

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
DAVAMIN OXU davamın oxu

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq
DAVAMIN OXU davamın oxu