Operativ Məlumat Mərkəzi

Erməni deputatlar Brüssel görüşündən narazıdır

2 dəq
Paylaş:
Erməni deputatlar Brüssel görüşündən narazıdır

Ermənistanın "Mülki Müqavilə" partiyasının deputatları Brüsseldə ABŞ Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Nikol Paşinyan arasında baş tutan görüşün nəticələrindən məyus olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın "Hrapark" nəşri parlamentdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüşün nəticələrinə görə dövlət milyardlarla dollara ümid bəsləyirdi, lakin Ermənistana yaxın dörd il üçün yalnız 270 milyon avro və 65 milyon dollar qrant vəd edildi.

Dövlət Dumasının deputatları hesab edirlər ki, Qərb onların fədakarlığını qiymətləndirməyib.

Paşinyanın silahdaşları bir-birlərinə təsəlli veriblər ki, ictimaiyyətə açıqlanmayan kölgə müqavilələr bağlayıb, Qərbdən orduya yeni texnikalar cəlb edəcək.

İndi Paşinyanın Brüsseldən qayıtmasını gözləyirlər ki, bəlkə baş nazir onlar məyusluqlarını aradan qaldırar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax