Əsas məzmuna keç

Paşinyan Rusiyaya səfər edəcək - Tarix bəlli deyil

Paşinyan Rusiyaya səfər edəcək - Tarix bəlli deyil

Kremlin sözçüsü Dmitri Peskov Nikol Paşinyanın Moskva səfəri ilə bağlı açıqlama verib. İrəvan və Kremlin münasibətlərindəki kritik məsələlər müzakirə olunacaq.

en ru

"Ermənistanın Nikol Paşinyanın Rusiyaya səfəri yaxın vaxtlarda baş tuta bilər, lakin səfərin dəqiq tarixi hələ müəyyən edilməyib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri deyib.

"Bu, yaxın vaxtlarda olacaq. Dəqiq tarixlər hələ yoxdur", - o qeyd edib.

Kremlin sözçüsü Paşinyanın səfərinin bu il ərzində baş tutacağını da təsdiqləyib.

Qeyd edək ki, Putin daha əvvəl Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Paşinyanla görüşüb. Görüş zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü və ya Avropa İttifaqına qoşulması məsələsi ilə bağlı referendum keçirilməsi imkanları müzakirə olunub.

Danışıqların yekununda Putin Paşinyanı Rusiya-Ermənistan münasibətlərinin konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…