Əsas məzmuna keç

Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan barəsində ciddi məhdudiyyət tətbiq edildi. Korrupsiya işində adı hallanan siyasətçinin sərhədi keçməsi qadağan olundu.

en ru

Ermənistanın sabiq prezidenti Sarqsyana ölkəni tərk etmək qadağan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sarqsyana artıq ittiham irəli sürülüb.

"Korrupsiyaya Qarşı Mübarizə Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Respublikasının sabiq prezidenti Serj Sarqsyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb", - komitədən bildirilib.

Xatırladaq ki, Serj Sarqsyana ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış çərçivəsində ittiham irəli sürülüb, ona da vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…