Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan və Tramp görüşünün vaxtı bəlli oldu

2 dəq
Paylaş:
Ərdoğan və Tramp görüşünün vaxtı bəlli oldu

Prezidenti Rəcəb Tayyib NATO-ya 32 üzv ölkənin iştirakı ilə keçiriləcək zirvə toplantısında dövlət və hökumət başçılarını qəbul edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Ukraynadakı vəziyyət və alyansın cənubunda son dövrdə baş verən hadisələrin müzakirə ediləcəyi zirvə toplantısında, NATO üzvü olan 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, 100-ə yaxın nazir, çox sayda yüksəksəviyyəli diplomat və təşkilat nümayəndələri iştirak edəcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, Ərdoğanın bu gün bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Bu çərçivədə saat 11:00-da (Bakı ilə 12:00) Kanadanın Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək.

Ərdoğan saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcək.

Xatırladaq ki, Ankaradakı NATO sammitinin təhlükəsizliyi üçün 48 mindən çox polis səfərbər olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax