Əsas məzmuna keç

Ərdoğan-Tramp görüşü: gündəmdə Yaxın Şərq

Ərdoğan-Tramp görüşü: gündəmdə Yaxın Şərq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə Yaxın Şərqin əsas müzakirə mövzusu...

prezidenti Rəcəb Tayyib prezidenti Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə Yaxın Şərqin əsas müzakirə mövzusu olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, xüsusilə Suriya məsələsi ön planda olacaq.

“Yaxın Şərqdə atılan hər addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Bunu cənab Trampla müzakirə etməliyik. Bu, çox vacibdir”, - deyə vurğulayıb.

Türkiyə lideri həmçinin BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti əl-Şara ilə də görüşəcək. Danışıqların Nyu-Yorkdakı Türk Evində keçirilməsi gözlənilir.

Ərdoğan-Tramp görüşündə gündəmin digər başlıqları arasında Fələstin, İsrailin bölgədəki fəaliyyəti, həmçinin ikitərəfli müdafiə əməkdaşlığı və silah alışları yer alacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…