Operativ Məlumat Mərkəzi

Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib

1 dəq
Paylaş:
Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib
İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Star"a istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər