Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyib və onu Fələstinə qarşı yönəlmiş alçaq hərəkət adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı bu barədə "X" hesabında yazıb.
"Bu qətldir, bu alçaq hərəkət Fələstini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq məqsədi daşıyır. Lakin sionist barbarlıq öz məqsədlərinə çata bilməyəcək".
Ərdoğan vurğulayıb ki, Türkiyə bütün vasitələrdən istifadə etməyə, bütün qapıları açmağa və fələstinli qardaşlara hər vasitə və qüvvə ilə dəstək olmağa davam edəcək.