Operativ Məlumat Mərkəzi

Ərdoğan Boludadır - YENİLƏNİB

1 dəq
Paylaş:
Ərdoğan Boludadır - YENİLƏNİB
o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir. *** Türkiyə Prezidenti Rəcəb Tayyib...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətində yanğın baş verən əraziyə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə yollanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.

Bildirilib ki, Ərdoğan Boluda dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında həlak olanların cənazə namazında iştirak edəcək.

Xatırladaq ki, yanvarın 21-də Bolunun Kartalkaya dağ-xizək mərkəzinin hotelində güclü yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər