Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əraqçi: Milyonlarla insan zərər görəndə Makron niyə susurdu?

2 dəq
Paylaş:
Əraqçi: Milyonlarla insan zərər görəndə Makron niyə susurdu?

İranın naziri Əraqçi Fransa Prezidenti Makronu Tehranın Qətərə hücumları ilə bağlı açıqlamalarına görə tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, özünün X səhifəsində ABŞ Prezidenti Donald və Qətər əmiri Tamim bin Hamad Al Thani ilə İranın Qətər qaz obyektlərinə hücumları barədə danışdığını yazıb. O qeyd edib ki, mülki əhali və onların əsas ehtiyacları hərbi eskalasiyadan qorunmalıdır.

Makron əlavə edib: "Mülki infrastruktur, xüsusən də enerji və su obyektlərinə hücumlara dərhal moratorium tətbiq etmək bizim ortaq maraqlarımıza uyğundur".

Abbas Əraqçi isə Makronun şərhlərini "kədərli" adlandırıb və yazıb: "Makron İsrail-ABŞ müharibəsini bir kəlmə də olsun pisləməyib. O, İsrailin Tehranda yanacaq anbarını partlatması və milyonlarla insanın toksinlərə məruz qalması ilə bağlı məsələni qınamayıb. Onun hazırkı "narahatlıqları" İsrailin qaz obyektlərimizə hücumundan sonra deyil, cavabımızdan sonra yaranıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax