Əsas məzmuna keç

Epşteynin Britaniyaya uçuşları ilə bağlı mühüm sənədlər məhv edilib

Epşteynin Britaniyaya uçuşları ilə bağlı mühüm sənədlər məhv edilib

Britaniyalı müstəntiqlər keçmiş şahzadə Endryu və qalmaqallı maliyyəçi arasındakı əlaqələri sübut edən sənədlərin itdiyini müəyyən ediblər.

en ru

Böyük Britaniyada keçmiş şahzadə ilə qalmaqallı maliyyəçi " Epstein" arasındakı əlaqələri araşdıran müstəntiqlər ciddi maneə ilə qarşılaşıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" The Times" nəşrinə istinadən xəbər verir ki, bir çox mühüm sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilib.

Söhbət təxminən 20 il əvvəl baş tutmuş və Jeffrey Epsteinin ətrafı ilə Böyük Britaniyaya səfərlərini əks etdirən uçuş məlumatlarından gedir.

III Karlın olan keçmiş şahzadə Endryunun maliyyəçi ilə görüşlərə hərbi təyyarələrlə getdiyi ehtimal olunur. Lakin Kral Hərbi Hava Qüvvələri sərnişin siyahılarını yalnız üç ay saxlayır, daha sonra isə bu məlumatlar silinir. Bu səbəbdən şübhəlilərin hərəkət trayektoriyasını tam bərpa etmək artıq qeyri-mümkündür.

Qeyd edək ki, fevralın 19-da keçmiş şahzadə Endryu Norfolk qraflığındakı "Sandringham" malikanəsində həbs edilib. 2025-ci ilin oktyabrında o, bütün titullarından məhrum edilib. Hazırda kralın qardaşı dövlət qulluğunda qeyri-münasib davranışda ittiham olunur və onu ömürlük həbs cəzası gözləyə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…