Ən çox zəlzələ olan ərazilər

Ən çox zəlzələ olan ərazilər
27.02.2023 14:20
Aa
dəq

Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ böyük insan təlafatına və dağıntılara səbəb olub. 7.7 və 7.6 bal gücündə baş vermiş zəlzələdə 40 000-dən çox insan həyatını itirib. 

Bəs dünyada ən çox zəlzələ baş verən ərazilər hansılardır?

"Operativ Məlumat Mərkəzi-OMM" həmin araşdırmanı təqdim edir.

ABŞ-nin USGS geologiya institutunun təqdim etdiyi hesabatda dünyada ən çox zəlzələ olan ərazi kimi Yaponiya qeyd olunur. Lakin bir çox yeraltı təkanlar hiss edilmir.

Ən çox hiss edilən təkanların qeydə alındığı ölkə isə İndoneziyadır.

Kvadratmetrə görə ən çox zəlzələ olan ökələrdən biri də Toqodur. 

Bundan əlavə, siyahıda Fici Respublikasıda yer alır. Sakit okeanın cənub hissəsində yerləşən ada ölkəsində il ərzində yüzlərlə yeraltı təkan baş verir.

Həmçinin yazıda il ərzində zəlzələ nəticəsində orta hesabla 20 000 insanın həyatını itirdiyi və ölkələrə 40 000 dollardan çox ziyan dəydiyi qeyd olunur.

Xatırladaq ki, 22 may 1960-cı ildə 9,5 bal gücündə olan Böyük Çili zəlzələsi bütün zamanların ən böyük zəlzələsidir. Zəlzələnin episentri paytaxt Santyaqo de Çilidən təxminən 700 km cənubda yerləşən Valdivia şəhəri olub. Zəlzələ Sakit Okeanda yayılan sunami səbəb olub. Nəticədə Hilo, Havay və Cənubi Afrikanın sahil əraziləri 10.000 kilometr məsafədə məhv olub. Zəlzələ qurbanlarının sayının 5 min nəfər olduğu bildirilib.

Həftənin ən çox oxunanları