“Neftçi”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda bu gün “Barselona” ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirib.
Məmmədovun sözlərinə görə, “Sabah”ı ağır oyun gözləyir, lakin futbolçular bu qarşılaşmadan zövq almalıdırlar. O, “Barselona”nı dünya nəhəngi adlandırıb və komandanın Azərbaycanda da çoxlu azarkeşinin olduğunu qeyd edib.
“Barselona” kimi rəqibə qarşı oynamaq özü ən böyük motivasiyadır. Tamaşaçılar üçün isə dünya ulduzlarını canlı izləmək baxımından əla fürsətdir. Hesabla bağlı proqnozum yoxdur. “Sabah” komandasına uğurlar arzulayıram”, – Məmmədov bildirib.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub, ikinci turda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub edib. Komanda üçüncü turda “Borussiya Dortmund”a 1:2, dördüncü turda isə “Vikinq”ə 1:4 hesabı ilə yenilib.