"Twitter"-in rəhbəri Elon Musk "Microsoft"-u məhkəməyə verəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Musk bu barədə öz "Twitter" hesabında paylaşım edib.
"Onlar "Twitter" məlumatlarından istifadə edərək qeyri-qanuni təlimlər keçirirlər. Dava zamanıdır"- deyə Musk bildirib.
Xatırladaq ki, Amerikalı sahibkar dünyanın ikinci ən varlı insanı hesab olunur.