Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək

Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
21.08.2024 13:43
Aa
dəq

Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Sultanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq: “Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.

E.Sultanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib: “Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.

Həftənin ən çox oxunanları

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib
DAVAMIN OXU davamın oxu

COP 29-a görə bu tarixlərdə İŞ OLMAYACAQ

COP 29-a görə bu tarixlərdə İŞ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb
DAVAMIN OXU davamın oxu

Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb

Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Beynəlxalq Gənclər Forumunda Bakı Bəyannaməsi qəbul olunacaq

Beynəlxalq Gənclər Forumunda Bakı Bəyannaməsi qəbul olunacaq
DAVAMIN OXU davamın oxu