Əsas məzmuna keç

Elmira Hüseynova VƏFAT ETDİ - FOTO

Elmira Hüseynova VƏFAT ETDİ - FOTO

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib. Bu barədə teatrdan məlumat verilib. Bildirilib ki, aktrisa...

Abdulla adına Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.

Allah rəhmət eləsin!

Elmira Hüseynova vəfat etdi

Elmira Hüseynova VƏFAT ETDİ - FOTO

Elmira Hüseynova VƏFAT ETDİ - FOTO

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…