“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (2:1) danışıb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Oyunun ağır keçəcəyini bilirdik. Rəqibin heyətində yaxşı futbolçular var. Komanda şəklində futbolçularım meydançada istədiyimi verməyə çalışırdılar.
Ümumi götürdükdə çempionatda zəif və ya güclü anlayışı yoxdur. Bu oyundan sonra kubok matçına hazırlaşmaq əsas məqsədimizdir. Biz qarşımızdakı matçları düşünürük. Həmin matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.
Rövşən Əlisoy