Əsas məzmuna keç

Əli Xameneinin dəfn yeri məlum oldu

Əli Xameneinin dəfn yeri məlum oldu

İranın dini lideri üçün Qumda nəhəng məqbərə hazırlanır. The Times Məşhəd iddiaları fonunda yeni detallar yaydı. Şiə dünyasını sarsıdan qərarın pərdəarxası...

en ru

İranın mərhum ali rəhbəri Əli Xameneinin nəşi Qum şəhərində mərasimi üçün hazırlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Times" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, kəşfiyyat orqanları birdən çox şəxsin dəfni üçün nəzərdə tutulan məqbərənin inşasına başlanmasına dair əlamətlər aşkar ediblər.

Bundan başqa İranın dövlət xəbər agentlikləri isə 86 yaşında həlak olan Xameneinin ölkənin şimal-şərqində , həmçinin ziyarətgah mərkəzlərindən sayılan doğma Məşhəd şəhərində torpağa tapşırılacağını bildirmişdilər. Tarix hələlik açıqlanmasa da, paytaxt Tehranda mərhum rəhbərlə kütləvi vida mərasiminin keçirilməsi planlaşdırılır. Çərşənbə günü, aprelin 8-də Xameneinin həlak olmasından 40 gün keçəcək və bu, matəm dövrünün başa çatması deməkdir.

Məlumatda qeyd olunub ki, Tehrandan 130 km cənubda yerləşən Qum şəhəri şiələr üçün müqəddəs hesab olunur və ölkənin dini paytaxtı rolunu oynayır. Bundan əvvəl İran rəsmiləri dəfn mərasiminin yubanmasını iştirakçıların sayının çox olacağı ehtimalı ilə əlaqələndirmişdilər. Lakin dini ənənələrə görə cənazənin dərhal dəfn olunması tələbi fonunda bu gecikmə müəyyən suallar doğurur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…