Əsas məzmuna keç

Əli Əsədov ilə Mişustin arasında telefon danışığı olub

Əli Əsədov ilə Mişustin arasında telefon danışığı olub

Hökumət başçıları ticarət əlaqələri, birgə layihələr və aprel iclasını müzakirə ediblər. Rusiya İrandan təxliyəyə görə Bakıya minnətdarlıq edib. Söhbətin detalları:

en ru

Azərbaycanın Baş naziri ilə Rusiya hökumətinin sədri Mixail Mişustin arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib.

Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb.

Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya vətəndaşlarının İrandan operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə rəhbərliyinə minnətdarlığını bildirib.

başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyini vurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə əldə olunmuş razılaşmanı alqışlayıblar.

Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlar arzulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…