Əsas məzmuna keç

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığı gücləndirir

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığı gücləndirir

Baş nazir Əli Əsədovun açıqlamasına görə, pay fondlarının yaradılması iqtisadi tərəfdaşlığı dərinləşdirir. Bu yenilik investisiya mühitinə necə təsir edəcək?

ru en

Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə V Daşkənd İnvestisiya Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının transformasiyası şəraitində investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir:

"Bu kontekstdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını və maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Bu yanaşmadan çıxış edərək, dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl olaraq inkişaf etdirir".

Baş nazir vurğulayıb ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə təsis edilmiş investisiya fondları artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sahələrə investisiyaların cəlb edilməsinin təsirli mexanizmidir.

O, həmçinin qeyd edib ki, səylərin birləşdirilməsi və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsi dayanıqlı inkişaf və dövlətlərin rifahı kimi ümumi məqsədlərə nail olmağa töhfə verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…