Operativ Məlumat Mərkəzi

Əkrəm İmamoğlu daşlı hücuma məruz qalıb

1 dəq
Paylaş:
Əkrəm İmamoğlu daşlı hücuma məruz qalıb
İmamoğlu çıxış edərkən onun seçki avtobusuna daşlarla hücum edilib.  Hadisə zamanı mitinq iştirakçılarından bəziləri yaralanıb. İmamoğlu tədbiri yarımçıq...

Türkiyənin “Millət İttifaqının” sədr müavini və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Ərzurumda keçirilən mitinq zamanı insident baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu çıxış edərkən onun seçki avtobusuna daşlarla hücum edilib.

Hadisə zamanı mitinq iştirakçılarından bəziləri yaralanıb. İmamoğlu tədbiri yarımçıq tərk edərək İstanbula geri dönüb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələrinin iddiasına görə, insident Milliyyətçi Hərəkat Partiyası (MHP) və “HÜDA PAR” (Hür Dava Partisi) tərəfdarları tərəfindən törədilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər