Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran iqtisadiyyatı çökür: 1 milyon insan işsiz qaldı

2 dəq
Paylaş:
İran iqtisadiyyatı çökür: 1 milyon insan işsiz qaldı

və İsraillə və müharibə şəraiti fonunda İranda iqtisadi tənəzzülün təsirləri artıq əhali tərəfindən ciddi şəkildə hiss olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka İran hakimiyyətinin iqtisadi təzyiqlərə müqaviməti “milli qürur məsələsi” kimi təqdim etməyə çalışdığını, lakin resursların azalması fonunda əhalinin getdikcə daha çox sosial və siyasi təzyiq altında qaldığını bildirib.

Məlumata əsasən, İran və Sosial Təminat Nazirliyinin ilkin hesablamaları müharibə nəticəsində bir milyon insanın birbaşa və ya dolayı yolla işsiz qaldığını göstərir. Bu rəqəm ölkədəki təxminən 25 milyon işçi qüvvəsinin mühüm hissəsini təşkil edir.

Bildirilib ki, iqtisadi vəziyyət fonunda yaşayış xərcləri də kəskin artıb. İran Mərkəzi Bankının məlumatına görə, illik inflyasiya 67%-ə yüksəlib. Qırmızı ət kimi əsas ərzaq məhsullarının qiymətində ciddi artım alınıb və subsidiyalı qiymət belə bir funt üçün təxminən 3,60 dollara çatıb ki, bu da minimum əmək haqqının təxminən 130 dollar olduğu ölkə üçün ciddi yük hesab olunur.

Qeyd olunur ki, ölkə daxilində bir sıra müəssisələr fəaliyyətini dayandırıb, polad və xammal çatışmazlığı sənaye istehsalını zəiflədib. Eyni zamanda əsasən idxal olunan elektronika məhsullarında da qıtlıq və qiymət artımı müşahidə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax