Əsas məzmuna keç

Lavrov: Ənzəli limanına hücum Xəzərdə gərginliyi artırır

Lavrov: Ənzəli limanına hücum Xəzərdə gərginliyi artırır

"Xəzər regionunda gərginlik artır, Ənzəli limanına hücum “qəbuledilməzdir”" - Lavrov

ru en

Rusiyanın naziri Sergey ABŞ və İsrailin İrana qarşı hərəkətlərinin Xəzər dənizi regionuna mənfi təsir göstərdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lavrov bu barədə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqlardan sonra keçirilən konfransında danışıb.

Məlumata görə, o qeyd edib ki, ABŞ-nin İrana qarşı “təxribatsız silahlı təcavüzü” Xəzər dənizi və onun sahil bölgələri üçün ciddi mənfi nəticələr doğurub. Lavrovun sözlərinə görə, Xəzər regionu sülh və zonası olaraq qalmalıdır.

Bildirilib ki, rusiyalı nazir həmçinin İran əleyhinə koalisiyanın 18 mart tarixində Ənzəli dəniz limanının infrastrukturuna hücumunu qəbuledilməz adlandırıb. O vurğulayıb ki, həmin liman Xəzəryanı beş ölkənin ticarət və logistika maraqlarına xidmət edir.

Lavrov əlavə edib ki, regionda gərginliyin artması ümumi və iqtisadi əlaqələrə zərər vurur və Xəzər dənizində sabitliyin qorunması vacibdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…