Operativ Məlumat Mərkəzi

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artdı

1 dəq
Paylaş:
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artdı
{"az":"bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS), yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal...","en":"","ru":""}

Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni bir zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS), yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal gücündəki zəlzələnin episentrinin Nangarhar vilayətinin mərkəzi şəhəri Cəlalabadın 14 kilometr şərqində yerləşdiyini bildirib.

Zəlzələnin dərinliyi 10 kilometr olaraq müəyyən edilib, lakin dağıntı və itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 31 avqust Bazar gecəsi ölkənin şərqində, Pakistan sərhədinə yaxın bölgədə baş verən 6 bal gücündəki zəlzələdən ən çox təsirlənən vilayət Kunar olmuşdu. Hadisə nəticəsində indiyədək 2.205 nəfərin həyatını itirdiyi, 3.640 nəfərin isə yaralandığı açıqlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər