Operativ Məlumat Mərkəzi

Əfqanıstanda qəzaya uğrayan təyyarədən 1 milyon dollar oğurlanıb

1 dəq
Paylaş:
Əfqanıstanda qəzaya uğrayan təyyarədən 1 milyon dollar oğurlanıb
bu barədə Əfqanıstanın "Hasht e Subh" nəşrini bölgədəki mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, qəza yerinə gələn ilk qrup Taliban silahlı...

Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus "Falcon 10" təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht e Subh" nəşrini bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, qəza yerinə gələn ilk qrup Taliban silahlı qüvvələrinin baş qərargah rəisi ilə əlaqəli olub.

Nəşrin məlumatına görə, oğurluqdan sonra təyyarənin qəzaya uğradığı Bədəxşan əyalətinin Taliban qubernatoru təşkilatın baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və insidentin araşdırılması üçün komissiya təyin edib.

KİV-in məlumatına görə, istintaq komissiyasına Bədəxşanda Taliban kəşfiyyat idarəsinin rəhbəri rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər