Əfqanıstanda son 25 gündə əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik jurnalistlərə açıqlamasında son 25 gündə güclü qar və yağışlar nəticəsində azı 34 nəfərin isə yaralandığını bildirib.
1600-dən çox evin zərər gördüyünü deyən Saik, minlərlə heyvanın tələf olduğunu bildirib.
Əfqanıstanda əlverişsiz hava şəraiti nəticəsində azı 60 nəfər ölüb
1 dəq