Efiopiya hökuməti Amhara və Tiqray əyalətləri arasında münaqişələrə səbəb olan mübahisəli bölgələrdə referendum keçirəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əddis Əbəbə hökuməti Tiqrayda üsyançı hərəkata son qoymaq üçün imzalanan sülh sazişinin ildönümündə qeyd edib.
Hökumətdən verilən yazılı açıqlamada Tiqrayda vətəndaş qarşıdurması nəticəsində didərgin düşmüş minlərlə insanın öz evlərinə dönəcəyi və bu insanların təhlükəsizliyinin federal ordu tərəfindən təmin ediləcəyi bildirilib.
Referendumun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyən açıqlamada hökumətin sülh və qarşılıqlı etimadın bərqərar olması üçün Tiqrayın paytaxtı Mekelleyə geniş miqyaslı qoşun yeritmədiyi də vurğulanıb.