Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

C.D. Vens: Epşteynin güclü insanlarla əlaqəsi dəlilikdir

2 dəq
Paylaş:
C.D. Vens: Epşteynin güclü insanlarla əlaqəsi dəlilikdir

ABŞ-nin Vitse-prezidenti C.D. özünü maliyyəçi Epşteynin işi ilə bağlı “bir növ sui-qəsd nəzəriyyəçisi” adlandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "MS NOW" məlumat yayıb.

Epşteyn işi ilə bağlı sənədlərin açıqlanmasına dair sualları cavablandıran Vance bu mövzuda dərc olunan və onu “sui-qəsd nəzəriyyəçisi” kimi xarakterizə edən "The New York Times" məqaləsinə istinad edib.

“Düzünü desəm, mən bir növ sui-qəsd nəzəriyyəçisiyəm. Pedofil olan bu adamın bir dəstə çox varlı və güclü insanla vaxt keçirməsi dəlilikdir”, - deyə Vitse- bildirib.

Vens qeyd edib ki, o, Epşteyn işi ilə bağlı keçirilən görüşlərdə şəxsən iştirak edib və bu məsələdə maksimum şəffaflığın tərəfdarıdır.

O, həmçinin Ağ Evin bəzi materialları qəsdən gizlətdiyinə dair iddiaları rədd edib.

Vitse-prezidentin sözlərinə görə, açıqlanmayan sənədlər əsasən məhkəmə prosesləri ilə əlaqədardır və məhkəmənin təsdiqi olmadan onların yayımlanması mümkün deyil.

Vens əlavə edib ki, ABŞ Prezidenti Tramp vaxtilə Epşteynlə əlaqələrini kəsib, onu öz klubundan uzaqlaşdırıb və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax