Əsas məzmuna keç

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib - 23.04.2025

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib - 23.04.2025

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən  "Operativ Məlumat...

DİN-in Baş Dövlət İdarəsi kənd təsərrüfatı sahəsində şəxslərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub.

Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə nasaz vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq, sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…