Əsas məzmuna keç

DYP-dən moped sürücülərinə mühüm müraciət

DYP-dən moped sürücülərinə mühüm müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə mühüm müraciət ünvanlayıb.“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına...

en ru

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (DYP) sürücülərinə mühüm müraciət ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, müraciətdə bildirilib ki, mart ayının 26-dan etibarən moped idarə etmək üçün "A1" kateqoriyalı , vasitəsinin şəhadətnaməsi və dövlət nömrə nişanı mütləq tələb olunacaq.

Müraciətdə aşağıdakı məqamlar xüsusi qeyd olunub:

"Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.

Bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.

Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…