Operativ Məlumat Mərkəzi

DYP cərimələrlə bağlı müraciət edib

1 dəq
Paylaş:
DYP cərimələrlə bağlı müraciət edib
bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir: "Vətəndaşlarımızdan belə...

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər