Operativ Məlumat Mərkəzi

Dünyanın ən uzunömürlü sakini vəfat edib

1 dəq
Paylaş:
Dünyanın ən uzunömürlü sakini vəfat edib
bu barədə onun ailəsi "X" sosial şəbəkəsində məlumat verib. "Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat...

İspaniyada yaşayan dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 pandemiyasının şahidi olmuş Mariya Branyas Morera 117 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun ailəsi "X" sosial şəbəkəsində məlumat verib.

"Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat edib", - məlumatda bildirilib.

Branyasın ölümündən sonra dünyanın ən yaşlı insanı 23 may 1908-ci ildə anadan olmuş yapon qadın Tomiko İtukadır. Hazırda onun 116 yaşı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər