Dünyanın ən soyuq yerləri

Dünyanın ən soyuq yerləri
14.03.2023 19:00
Aa
dəq

Mülayim hava insanların çoxunun arzusu olsa da, həddindən artıq isti və soyuq hava şəraiti olan yerlər dünyanın bir gerçəkliyidir. Qütb bölgələri dünyanın ən soyuq təbiəti kimi tanınsa da, qitələrin daxili hissələri dənizdən uzaq olduqları üçün oxşar sərt iqlim şərtlərinə sahibdirlər. İl ərzində bir çoxunun buzla örtülü olduğu bu ərazilərdə nadir hallarda və qısa müddətdə havanın istiliyi sıfır dərəcədən yüksək olur.

"Operativ Məlumat Mərkəzi-OMM" dünyanın ən soyuq yerlərini təqdim edir. 

1. Vostok-Antarktida

Dünya üzərində elmi araşdırmalar xaricində insanların yaşamadığı dünyadakı tək qitə olan Antarktida dünyanın ən soyuq hissəsidir. Qitədə yerləşən Vostok, -90 dərəcə ilə dünyanın ən soyuq hissəsidir.

2. Plateau stansiyası- Antarktida

Siyahıda ikinci yer də Antarktidadır. Tədqiqat mərkəzi olan Plateau  stansiyasında  temperatur -87 dərəcə olur.

3. Oymyakon-Rusiya

Oymyakon insanların daimi yaşadığı dünyanın ən soyuq yeri olaraq bilinir. Rusiyanın şimalındakı bu qəsəbədə qışda ölçülən ən soyuq temperatur -72 dərəcədir.

4. Verxoyansk- Rusiya

Rusiyadan siyahıda olan başqa bir yer Sibirin Verxoyansk bölgəsidir. Saxa Respublikasındakı bu qəsəbədə ölçülən ən soyuq temperatur -70 dərəcədir.

5. Şimal Buzu- Qrenlandiya

Dünyanın ən böyük adası olan Qrenlandiyada yerləşən Şimal buzu dünyanın ən soyuq yerlərindən biridir. 2341 metr yüksəkliyə sahib olan bölgədəki havanın temperaturu -66 dərəcəyə qədər enir.

6. Eismitte- Qrenlandiya

Qrenlandiyada başqa bir soyuq yer Eismittedir. Eismittedə ölçülən ən aşağı temperatur -64 dərəcədir.

7. Snag Yukon- Kanada

Rusiyadan sonra dünyanın ən böyük ölkəsi olan Kanada dondurucu hava ilə mübarizə aparır. Yukon əyalətindəki Snag bölgəsi onlardan biridir. Burada ölçülən ən aşağı temperatur -63 dərəcədir.

8. Prospekt Creek Alyaska- ABŞ

ABŞ-ın materik xaricindəki əyaləti olan Alyaska dünyanın ən soyuq yerlərindən biridir. Ərazisi baxımından olduqca böyük olmasına baxmayaraq, sərt hava şəraiti səbəbiylə çox az insanın yaşadığı bölgədə ölçülən temperatur -62 dərəcədir.

9. Fort Selkirk- Kanada

Kanadada bir başqa soyuq yer olan Fort Selkirkdə temperatur -60 dərəcə olur. Bölgə ən təhlükəli, eyni zamanda maraqlı qatar marşrutudur.

10. Rogers Pass, Montana- ABŞ

ABŞ-ın şimal-qərbində yerləşən Rogers Pass ölkənin ən soyuq yerlərindən biridir. Bölgədə orta temperatur -57 dərəcədir.

Həftənin ən çox oxunanları